SMART Localization Release Note 2026.07

release note blog stub 1200x628 2

Azərbaycan, Ukrayna, Polşa və Gürcüstanın qərarları hər 3 aydan bir yenilənir. Qanunvericilikdəki dəyişikliklər təcili olarsa, SMART business plandan kənar yeniləmələr təqdim edir.

Bütün yeniləmələr sizin tərəfinizdən və ya SMART business şirkətinin köməyi ilə konfiqurasiya edilə bilər.

image
  1. Xəstəlik müavinəti üzrə orta aylıq əmək haqqının hesablanmasında təqvim günlərinin istisna edilməsinin «SMA AE Calculation Setup».«Absence Time GroupCode» xanası ilə tənzimlənməsi əlavə edilmişdir.
  2. Payroll overview funksionallığı (Əmək haqqı cədvəlinin analoqu) yaradılmışdır — əmək haqqı məlumatlarının real vaxt rejimində təhlili üçün qruplaşdırma, departament iyerarxiyası, dövrlər üzrə baxış və ilkin qeydlər səviyyəsinə qədər detallaşdırmanı dəstəkləyən interaktiv matris. Dinamik atribut sütunları, yekun göstəricilərin (hesablanmış məbləğlər, tutulmalar və xalis əmək haqqı) hesablanması, çevik filtrlər və bütün səviyyələrdə ətraflı məlumatlara keçid imkanları əlavə edilmişdir. Müxtəlif təhlil ssenariləri üçün qrafik əsaslı vizuallaşdırmalar və konfiqurasiya oluna bilən şablonlar əsasında Excel-ə eksport funksiyası həyata keçirilmişdir.
  3. Əmək haqqı sənədlərinin kütləvi şəkildə ləğv edilməsi (əməliyyatların tətbiqinin avtomatik ləğvi daxil olmaqla), həmçinin ödəniş сədvəlində ödənişlərin kütləvi revers edilməsi imkanı əlavə edilmişdir.
  4. Qrup əmri üzrə kütləvi dəyişikliklər funksionallığında, fərdi rejimdə (Excel-də redaktə) ölçüləri dəyişmək imkanı əlavə edilmişdir.
  5. Bütün İR soraqçalarını vahid giriş nöqtəsində birləşdirən yeni İR soraqçaları mərkəzi əlavə edilib. Artıq vahid Ümumi İR soraqçaları əvəzinə hər bir İR soraqça bölməsinin öz cədvəli və ayrıca siyahı səhifəsi var ki, bu da texniki xidməti və gələcək genişləndirmələri sadələşdirir.
  6. Məhsuldarlığın artırılması məqsədilə “Əmək haqqı sənədi sətirlərinin təhlili” və “Əmək haqqı üzrə əməliyyatlar kitabı qeydlərinin təhlili” funksiyalarında təhlil üçün məlumatların formalaşdırılması mexanizmi texniki cəhətdən yenidən işlənmişdir.
image
  1.  Amortizasiya Hesablaması Hesabatına dəyişiklik edilmişdir. Bu dəyişiklik nəticəsində hesabat parametrlərində Vergi amortizasiya kitabı seçildikdə “Gün sayı mütləq istifadə etmək” seçimi avtomatik olaraq aktivləşdirilir. Eyni zamanda amortizasiyanın hesablanması üçün istifadə ediləcək illik gün sayı (360 və ya 365 gün) ƏV sazlamalarında (Fiscal Year 365 Days) müəyyən edilmiş parametrə uyğun olaraq avtomatik doldurulur. Bu dəyişiklik nəticəsində Vergi amortizasiya kitabı üzrə amortizasiya hesablaması yalnız illik əsasda aparılır.
  2. Amortizasiya Hesablaması Hesabatına Amortizasiya Kitabı üzrə Standart yekun yuvarlaqlaşma məbləği sazlamasının dəstəklənməsi məqsədilə dəyişiklik edilmişdir. Cari dövrün amortizasiya məbləği çıxıldıqdan sonra əsas vəsaitin qalıq dəyəri sazlamada göstərilən Standart yekun yuvarlaqlaşma məbləğindən az olduqda, sistem Əsas vəsait jurnalında avtomatik olaraq Amortizasiya tipli və Silinmə tipli iki sətir yaradır. Bu dəyişiklik əsas vəsaitlərin son amortizasiya məbləğinin sazlamalara uyğun olaraq xərc kimi düzgün məbləğdə və dövrdə silinməsini təmin edir.
  3. Avans ödənişindən sonra yekun hesab-faktura əsasında əsas məbləğin Bank Ödəniş Jurnalı vasitəsilə ödənilməsi zamanı ƏDV əməliyyatlarının formalaşdırılması məntiqinə düzəliş edilmişdir.  Artıq yekun hesab-faktura üzrə əsas məbləğin ödənişi zamanı avans məbləği də daxil olmaqla hesab-fakturanın tam məbləği üzrə qazanılan ƏDV əməliyyatı yaradılır. Eyni zamanda, avans ödənişi zamanı yaradılmış qazanılan ƏDV əməliyyatı avtomatik olaraq geri qaytarılır. Bu dəyişiklik ƏDV-nin yekun hesab-faktura üzrə düzgün tanınmasını təmin edir.

 Summary

Bu buraxılışda Əsas Vəsaitlər və ƏDV modulları üzrə funksional təkmilləşdirmələr və düzəlişlər həyata keçirilmişdir. Dəyişikliklər amortizasiya hesablamalarının dəqiqliyinin artırılmasına, yekun amortizasiya məbləğinin düzgün formalaşdırılmasına və avans ödənişlərindən sonra ƏDV əməliyyatlarının düzgün uçotunun təmin edilməsinə yönəlib.

  • Vergi amortizasiya kitabı üzrə amortizasiya hesablamasının yalnız illik əsasda aparılması üçün Amortizasiya Hesablaması Hesabatının parametrləri avtomatik tətbiq olunur. O cümlədən, Standart yekun yuvarlaqlaşma məbləği sazlamasına uyğun olaraq əsas vəsaitlərin son amortizasiya və silinmə əməliyyatları üzrə jurnal sətirləri avtomatik formalaşdırılır.
  • Bank Ödəniş Jurnalı vasitəsilə avans ödənişdən sonra yekun hesab-fakturanın ödənişi zamanı ƏDV əməliyyatlarının yaradılması məntiqi təkmilləşdirilmişdir.
mail
SMART Localization
Cookies

We use cookies to improve your web experience, display personalized content and analyze traffic. By clicking «Accept All», you agree to their use. To manage your settings, click Settings. Learn more about the use of cookies in the privacy policy.

Functional
Always active
The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
Marketing
The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
Statistics
The technical storage or access that is used exclusively for statistical purposes
Analytics
Analytical purposes are used to measure traffic and optimize content.