Qismən yenilənmə 2026.04 versiyasının buraxılışından sonra aşkar edilmiş məsələlərin həllinə yönəlib. Həmçinin qanunvericilikdəki dəyişikliklərlə bağlı tapşırıqları və sistemin ümumi məhsuldarlığının və sabitliyinin artırılmasını da əhatə edir.

- “Qrup-daxili maliyyə jurnalı”na standart olaraq aşağıdakı xanalar əlavə edilib: “Müqavilə nömrəsi”, “Avans ödənişi”, “Ödənişin təyinatı”.
- Əsas vəsaitlərin yerdəyişməsi əməliyyatlarının ləğvi zamanı yaranan xəta aradan qaldırılıb. Prosesin düzgün işləməsini təmin etmək üçün müvafiq qeydlərin redaktə olunmasına dolayı giriş hüquqları əlavə edilib.
- Seriya nömrələri və ya partiyalar üzrə uçotu aktiv olan mallar üçün silinmə üzrə düzəliş sənədinin düzgün yaradılmasına mane olan xəta aradan qaldırılıb. Artıq belə mallar üçün sistem sənəd sətrindəki “Əməliyyatdan tətbiqetmə” xanasını doldurmaq əvəzinə, ilkin mal kitabı qeydləri əsasında izləmə və tətbiqetmə qeydləri yaradır. Bu dəyişiklik silinmə üzrə düzəliş sənədində seriya nömrələrinin və partiya nömrələrinin düzgün ötürülməsini və emal olunmasını təmin edir.
- Baş kitab üzrə dövriyyə cədvəlində təyin edilmiş filtrlərin hesabatın çap formasının filtrlərinə avtomatik ötürülməsi imkanı əlavə edilib. Hesab üzrə dövriyyələr həm müsbət, həm də mənfi dəyərlərdən ibarət olduqda məbləğlərin çap formasında göstərilməs məntiqi düzəldilib. Artıq çap formasında məbləğlər sistemdə olduğu kimi əks olunur: müsbət məbləğlər “+”, mənfi məbləğlər isə “-” işarəsi ilə göstərilir.


