Qismən yenilənmə 2026.10 versiyasının buraxılışından sonra aşkar edilmiş məsələlərin həllinə yönəlib. Həmçinin qanunvericilikdəki dəyişikliklərlə bağlı tapşırıqları və sistemin ümumi məhsuldarlığının və sabitliyinin artırılmasını da əhatə edir.

- Maliyyə hesabatının sətirlərinin təyin edilməsi bölməsinə “Yuvarlaqlaşdırma əmsalı” xanası əlavə edilib. Bu xana hesablanmış dəyərlərin növbəti hesablamalarda istifadə olunmazdan əvvəl hər bir sətir səviyyəsində yuvarlaqlaşdırılmasına imkan verir. Sətrin yuvarlaqlaşdırılmış dəyəri asılı düsturlarda istifadə olunur və tənzimlənən hesabatlara ötürülür. Sətir və sütun səviyyəsində eyni zamanda yuvarlaqlaşdırma əmsalı təyin edildikdə, onlar ardıcıl tətbiq olunur: əvvəlcə hesablanmış dəyərə sətir əmsalı, daha sonra isə dəyərin təqdim edilməsi və miqyaslandırılması üçün sütun əmsalı tətbiq edilir. Sütun səviyyəsində tətbiq olunan yuvarlaqlaşdırma əmsalı növbəti hesablamalarda istifadə edilən və ya tənzimlənən hesabatlara ötürülən əsas hesablama dəyərini dəyişdirmir.
- Tənzimlənən hesabatlarda XML fayllarının formalaşdırılması təkmilləşdirilib: XML elementlərinin sətirlərində məlumat tipi “Decimal” olaraq təyin edilmiş dəyərlər artıq onluq hissələri saxlanılmaqla eksport olunur.
- “Maliyyə jurnalları” səhifəsinə “Ödənişin təyinatı” xanası əlavə edilib. Bu xana standard olaraq gizlidir və səhifənin fərdiləşdirilməsi vasitəsilə görünən etmək mümkündür.
- “Valyuta məzənnələrinin korreksiyası” hesabatında ilkin baxış rejimi düzəldilib. Artıq ilkin baxış zamanı “Ölçülərin uçotu” parametrinin seçilmiş dəyəri nəzərə alınır. Bu da ilkin baxış nəticələrinin əməliyyatların faktiki icrası zamanı əldə edilən nəticələrə uyğunluğunu təmin edir.
- Malların silinməsi aktında, sətir mal kitabının bir neçə əməliyyatına bölündükdə “Tətbiqinə görə sətirləri böl” əməliyyatının yerinə yetirilməsinə mane olan xəta aradan qaldırılıb.
- Uçota alınmış “Əsas vəsaitlərə təhvil” tipli Malların silinməsi aktının “Sənədi kopyala” əməliyyatı vasitəsilə “Düzəliş kimi kopyala” seçimi ilə düzəlişi yaradılarkən “ƏV nömrəsi” xanasının köçürülməməsinə səbəb olan xəta aradan qaldırılıb. Artıq “ƏV nömrəsi” xanasının dəyəri sətirin digər dəyərləri ilə birlikdə yeni sənədə köçürülür.
- Malların silinməsi aktı əsasında yaradılmış ƏV üzrə əməliyyat kitabı əməliyyatlarının ləğv edilməsi məntiqi dəyişdirilib. Artıq bu əməliyyatlara düzəliş yalnız korreksiya əlaməti olan Malların silinməsi aktı vasitəsilə edilə bilər.
- Azqiymətli uzunmüddətli aktivlər üzrə amortizasiya hesablanarkən amortizasiyanın başlanma tarixi ilə hesablamanın bitmə tarixinin eyni olduğu hallarda yaranan xəta aradan qaldırılıb. Artıq belə hallarda amortizasiya düzgün hesablanır.
- “Əmtəə dövriyyəsi cədvəli” və “Əmtəə dövriyyəsi cədvəli (miqdar uçotu)” hesabatlarında əlavə filtrlərin işləməsi ilə bağlı xəta aradan qaldırılıb. Əvvəllər “Növ = Ehtiyatlar” filtri seçildikdən sonra hesabatın yenilənməsi xəta ilə nəticələnə bilərdi. Artıq hesabatlar təyin edilmiş filtrlərə uyğun olaraq düzgün formalaşdırılır.

