SMART Localization Release Note 2026.10

release note en 1200x628 1

Azərbaycan, Ukrayna, Polşa və Gürcüstanın qərarları hər 3 aydan bir yenilənir. Qanunvericilikdəki dəyişikliklər təcili olarsa, SMART business plandan kənar yeniləmələr təqdim edir.

Bütün yeniləmələr sizin tərəfinizdən və ya SMART business şirkətinin köməyi ilə konfiqurasiya edilə bilər.

image
  1. Qanunvericiliyin tələblərinə uyğun olaraq, ƏDV artıq həm əsas məbləğin, həm də ƏDV məbləğinin ödənişinin uyğunlaşdırılaraq (application) uçota alınması zamanı qazanılmış hesab edilir. Bu, ƏDV-nin əvəzləşdirilmədə düzgün və vaxtında istifadəsini təmin edir.
  2. Elektron vergi avans hesab-fakturaları üzrə müvəqqəti (aralıq) qalıqların tanınması və ödənişdən sonra onların faktiki avans öhdəliklərinə çevrilməsi üçün yeni funksionallıq təqdim edilmişdir. Bu yenilik avans əməliyyatlarının uçotunu daha rahat və şəffaf şəkildə idarə etməyə imkan verir.
  3. Qanunvericiliyin tələblərinə uyğun olaraq alış avans hesab-fakturalarının yaradılması üçün yeni funksionallıq təqdim edilmişdir. Artıq alış sifarişi əsasında avans məbləğini və ya faizini müəyyən etməklə müvafiq Maliyyə Jurnalı sətirlərini və ƏDV əməliyyatlarını daha rahat şəkildə yaratmaq mümkündür.
  4. Amortizasiya hesablanması hesabatında əsas vəsaitin qalıq dəyəri son amortizasiya məbləği çıxıldıqdan sonra Standart yekun silinmə qalıq məbləği sazlamasında qeyd edilən məbləğdən aşağı olduğu hallarda amortizasiya və silinmə əməliyyatlarının avtomatik formalaşdırılması əlavə edilmişdir. Bu dəyişiklik amortizasiya uçotunun vergi qanunvericiliyinin tələblərinə uyğun aparılmasını və prosesin avtomatlaşdırılmasını təmin edir.
  5. Vergi bəyannamələrinin sazlanması üçün əsas vəsaitlər üzrə əməliyyatlar kitabına əsaslanan yeni mənbə əlavə edilmişdir. Bu təkmilləşmənin istifadə edilməsi üçün müvafiq konfiqurasiya işlərinin görülməsi tələb edilir.
  6. 2026-cı ildə Microsoft tərəfindən təqdim edilən ÖMV funksionallığının Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması üçün edilən əlavlər edilmişdir.ÖMV-nin qazanılmış sayılması məntiqi təchizatçı məbləğinin ödənişi ilə əlaqələndirilmişdir. Alış fakturası uçota alınarkən yaradılan ÖMV öhdəliyi ilkin olaraq qazanılmamış kimi tanınır və Təchizatçı məbləği ödənilib uyğunlaşdırılaraq uçota alındıqda avtomatik olaraq qazanılmış hesab edilir. Bu yanaşma ÖMV-nin qazanılmış sayılmasını Təchizatçının faktiki xalis məbləğ ödənişi ilə uyğunlaşdırır.
  7. Bank Ödəniş Jurnalı funksionallığı ÖMV ödənişi həyata keçirildikdə ƏDV-nin qazanılmış sayılmasını dəstəkləyir. Alış qaiməsi üzrə əməliyyat yeni əlavə edilmiş xanada təyin edildikdə və ÖMV ödəniş məbləği daxil edildikdə, sistem müvafiq ƏDV əməliyyatını avtomatik müəyyən edir və ÖMV ödənişinə mütənasib olaraq müvafiq ƏDV məbləğini qazanılmış hesab edir. Sistem həmçinin Qazanılmamış baza məbləğinin qalığı və Qazanılmamış ƏDV məbləğinin qalığı göstəricilərini avtomatik yeniləyir və tələb olunan ƏDV-nin qazanılmış sayılması və ÖMV ödənişi üzrə Baş Kitab əməliyyatları yaradır. Bu təkmilləşdirmə ÖMV ödənişlərinin işlənilməsini sadələşdirir və ƏDV-nin qazanılmış sayılmasının ödənilmiş ÖMV məbləğinə düzgün uyğunlaşdırılmasını təmin edir.
  8. Xarici valyuta əməliyyatları üzrə ÖMV ödənişi prosesi məzənnə fərqi üzrə gəlir və ya itki məbləğinin avtomatik hesablanması və tanınması üçün təkmilləşdirilmişdir. Sistem məzənnə fərqini alış fakturasının uçot tarixi və təchizatçı məbləğinin ödənişinin uçot tarixlərindəki məzənnələr əsasında hesablayır. Məzənnə fərqi üzrə gəlir və ya itki ilkin olaraq qazanılmamış kimi tanınır və ÖMV ödənişi uçota alındıqda sonradan qazanılmış hesab edilir. ÖMV məbləği əsasında ƏDV-nin qazanılmış sayılması da eyni məntiqlə həyata keçirilir. Bu, ÖMV, ƏDV və məzənnə fərqlərinin uçotunun ardıcıl şəkildə aparılmasını təmin edir.
  9. Ödəmə mənbəyindən vergi funksionallığı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin mənfəət vergisi məqsədləri ilə çıxılan və çıxılmayan ÖMV üzrə tələblərinə uyğun olaraq təkmilləşdirilmişdir. Artıq çıxılan və çıxılmayan ÖMV məbləğləri üzrə ayrıca Baş Kitab əməliyyatının uçotunu həyata keçirmək və hər bir məbləği müvafiq Baş kitab hesabı üzrə tanımaq mümkündür. Sistem həmçinin əvəzləşdirilməyən ÖMV məbləği əsasında çıxılmayan ƏDV məbləğini hesablayır və ayrıca ƏDV əməliyyatı yaradır. Bu təkmilləşdirmə uçot və hesabatlılığın daha şəffaf aparılmasını təmin edir və Maliyyə hesabatları və mənfəət vergisinin hesablamalarında çıxılan və çıxılmayan məbləğlərin müvafiq Baş Kitab hesabları əsasında fərqləndirilməsinə imkan verir.
image
  1. İşdən azad etmə zamanı işçi ilə əlaqəli bütün qeydləri müəyyən etməyə və onun işdən azad edilməsindən əvvəl bağlamağa kömək edən yoxlama siyahısı əlavə edilmişdir: aktivlər, ödənilməmiş avanslar, təsdiqlər, tapşırıqlar, imza səlahiyyətlərinin təyin edilməsi və digər əlaqəli qeydlər daxildir. Yoxlama siyahısı həm avtomatik, həm də konfiqurasiya edilə bilən əl ilə yoxlamaları dəstəkləyir və aşkar edilmiş problemlər aradan qaldırılana qədər işdən azad etmə barədə xəbərdarlıq edə və ya prosesi bloklaya bilər. Həmçinin mövcud asılılıqlar barədə məlumatı işdən azad etmə prosedurunu həyata keçirmədən əməkdaş kartındakı yeni “Əməkdaşın cəlb olunması” səhifəsində nəzərdən keçirmək mümkündür.
  2. Əmək haqqı sənədlərinin kütləvi şəkildə fon rejimində formalaşdırılması üçün yeni funksionallıq yaradılıb. Klassik “Əmək haqqı sənədlərini təklif et” funksiyasından fərqli olaraq, yeni mexanizm işçilərin emalını bir neçə paralel sessiya arasında bölüşdürür. Bu, böyük şirkətlərdə hesablamaların aparılması müddətini əhəmiyyətli dərəcədə azaldır, emal zamanı Business Central sistemində işləməyə davam etməyə, prosesin gedişatını izləməyə, xətaları təhlil etməyə və bütün prosesi yenidən başlatmadan yalnız uğursuz hissələr üzrə hesablamanı bərpa etməyə imkan verir.
  3. İş vaxtının cəmlənmiş uçotu təqvimi üzrə işləyən əməkdaşın tabelinə normadan artıq saatların əlavə edilməsi üçün prioritetlər dəyişdirildi.
  4. «SMA Absence Header» → «Correction Without Amount» = TRUE olan düzəliş məzuniyyət əmrlərinin işlənməsi təkmilləşdirildi. Artıq düzəliş əmri uçota alındıqda tabeldəki məzuniyyət kodu yenilənir, əmr ləğv edildikdə isə tabeldə əvvəlki məlumatlar bərpa olunur. Bu dəyişiklik düzəliş əmrinin ləğv edilməsinin bloklanması problemini aradan qaldırır. Həmçinin düzəliş dövründə tabeldə əl ilə düzəliş etmədən digər işdə olmama əmrlərinin uçota alınmasına imkan verir.
mail
Cookies

We use cookies to improve your web experience, display personalized content and analyze traffic. By clicking «Accept All», you agree to their use. To manage your settings, click Settings. Learn more about the use of cookies in the privacy policy.

Functional
Always active
The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
Marketing
The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
Statistics
The technical storage or access that is used exclusively for statistical purposes
Analytics
Analytical purposes are used to measure traffic and optimize content.