SMART Localization
Release Note 2026.04

Azərbaycan, Ukrayna, Polşa və Gürcüstanın qərarları hər 3 aydan bir yenilənir. Qanunvericilikdəki dəyişikliklər təcili olarsa, SMART business plandan kənar yeniləmələr təqdim edir.

Bütün yeniləmələr sizin tərəfinizdən və ya SMART business şirkətinin köməyi ilə konfiqurasiya edilə bilər.

SMART Payroll Release 2026.04

  1. Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli, № 332-VIIQD Qanunu ilə Əmək Məcəlləsində edilmiş dəyişikliklərə uyğun olaraq məzuniyyət hesablanmasında aşağıda qeyd olunan dəyişikliklər edilmişdir:
    • • Məzuniyyət vaxtı üçün orta əməkhaqqı hesablanarkən qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyətdə olduğu, eləcə də işçinin təqsiri olmadan baş vermiş boşdayanma səbəbindən tam işlənilməmiş ayların yaxın tam işlənilmiş aylarla əvəz olunması tələbi ilə bağlı sazlama imkanı yaradılmışdır.
    • • Məzuniyyətdə olduğu müddət ərzində işçinin sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqının saxlanılması tələbi ilə bağlı məzuniyyət əmək haqqı elementi üzrə yeni əmək haqqı hesablanması alqoritmi yaradılmışdır.
  2. Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli, № 332-VIIQD Qanunu ilə Əmək Məcəlləsinin 177-ci maddəsinə edilmiş dəyişikliklərə uyğun olaraq hesablanmış orta əmək haqqı bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olduğu halda sonuncu bir günlük əməkhaqqının tətbiq edilməsi ilə bağlı 100 saylı hesablama funksiyası üçün yeni “OƏH dövrü üzrə” hesablama parametri yaradılmışdır və yeni hesablama alqoritmi sazlanmılmışdır.
  3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 31 nömrəli Qərarına əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması qaydalarında qəbul edilmiş düzəlişlərə uyğun olaraq sistemdə müvafiq sazlamalar və düzəlişlər edilmişdir.
  4. İşçinin əmək haqqı vərəqələrinin göndərilməsi təkmilləşdirilmiş: əmək haqqı vərəqələrinin göndərilməsi üçün çevik mexanizm əlavə edilib. Bu mexanizm müxtəlif işçilər, bölmələr və ya hesablaşma qrupları üçün fərdi maketləri, hesabat dilini, məktub mətnini və əlavə faylın adlandırma şablonunu sazlamağa imkan verir. Yeniləmə həmçinin əlavə PDF faylı əməkdaşın parolu ilə qorunmasını dəstəkləyir və vərəqələrinin kütləvi və ya fon rejimində göndərilməsi zamanı sazlamanı düzgün seçilməsini təmin edən təkmilləşdirilmiş prioritet məntiqini təqdim edir.
  5. “Köçürmə” növü qrup əmrində işçilərin kütləvi köçürülməsi üçün yeni imkan əlavə olunub, bu imkanlar aşağıdakılardır:
    • • Dəyişdiriləcək işçilərin və vəzifələrin kütləvi seçimi;
    • • Mərhələli tapşırıqlar vasitəsilə vəzifənin hər hansı xanasının və analitik vahidinin dəyişdirilməsi üçün qaydaların tətbiqi;
    • • Dəyişikliklərə öncədən baxış və təsdiqi.

    Həll avtomatik olaraq yeni vəzifələr yaradır və təsdiqləyir, əmək müqaviləsi və qrup əmri sətirlərini formalaşdırır, mərhələli işləməyi, tətbiq edilmiş dəyişikliklərin ləğv edilməsini dəstəkləyir və inteqrasiya hadisələri vasitəsilə genişləndirilə bilər.

  6. Sistemdə işçilərin bank hesabları matrisi üçün yeni cədvəl yaradılıb. Bu cədvəl əvvəlki məlumat strukturlarını genişləndirir və ödəniş qaydalarına uyğun olaraq bank hesabları, planlaşdırılmış məbləğlər, valyutalar və işçinin uçot qrupları barədə məlumatların daxil edilməsində istifadə olunur.

    Yeni “Ödəniş statusu detalları” funksionallığı yaradılıb. Onun qeydləri avtomatik olaraq işçilərin bank hesabları matrisindən və hesablanmış son əmək haqqı sənədlərindən alınan məlumatlara əsasən formalaşır. Müvafiq sahələrdəki məbləğlər ödəniş sənədləri hesablandıqca avtomatik yenilənir, bu isə seçilmiş dövrdə konkret ödəniş qaydasına görə işçiyə ödəniləcək qalıq məbləği müəyyən etməyə imkan verir.

 

mail
SMART Localization
Cookies

We use cookies to improve your web experience, display personalized content and analyze traffic. By clicking «Accept All», you agree to their use. To manage your settings, click Settings. Learn more about the use of cookies in the privacy policy.

Functional
Always active
The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
Marketing
The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
Statistics
The technical storage or access that is used exclusively for statistical purposes
Analytics
Analytical purposes are used to measure traffic and optimize content.