ABB üçün Microsoft Dynamics 365 Business Central sisteminin tətbiqi: satınalma, maliyyə və insan resursları üzrə vahid platforma

az1

ABB Azərbaycanın aparıcı beynəlxalq bankıdır və Cənubi Qafqazın bank sektorunun liderlərindən biridir. Böyük aktivləri, geniş müştəri bazası və inkişaf etmiş beynəlxalq iştirakı sayəsində bank regionda əsas mövqeləri tutur. ABB-nin filial şəbəkəsi ölkənin bütün ərazisini əhatə edir və 77 filialdan və 10 şöbədən ibarətdir. Bankın xidmətlərindən 3,1 milyondan çox fərdi müştəri və 22 000-dən çox korporativ şirkət faydalanır. Xidmətin rahatlığını təmin etmək məqsədilə Azərbaycandakı ən geniş bankomat infrastrukturu — 1000-dən çox bankomat və 13 000-dən artıq POS-terminal ticarət və xidmət obyektlərində fəaliyyət göstərir. ABB komandasında 4000-dən çox mütəxəssis çalışır və onlar hər gün bankın rəqəmsal lider mövqeyini möhkəmləndirirlər.

  • Sənaye: Bank sektoru
  • Ölkə: Azərbaycan
  • Veb sayt: abb-bank.az
Proqram təminatı və xidmətlər Microsoft Dynamics 365 Business Central

ABB milyonlarla müştərisi üçün sabitlik, innovasiya və etibarlılığı təmin edən müasir maliyyə həllərinə fəal şəkildə investisiya edən bankdır. 2024-cü ildə beynəlxalq Euromoney jurnalı ABB-ni Azərbaycanın “İlin ən yaxşı rəqəmsal bankı” olaraq seçmişdır. Bundan əlavə, bankların rəqəmsal inkişaf səviyyəsini dünyanın 44 ölkəsində qiymətləndirən Deloitte Digital Banking Maturity 2024 araşdırması ABB-nin rəqəmsal maliyyə xidmətləri sahəsində ölkə üzrə lider mövqeyini təsdiqləmişdir. ABB öz rəqəmsal mədəniyyətini və texnoloji baxışını təhsil və sahə təşəbbüsləri vasitəsilə fəal şəkildə təşviq edir. 2024-cü ilin dekabr ayında ABB ölkədə ilk dəfə Data və Süni İntellekt Sammitini təşkil etmişdir. Burada Azərbaycandan və digər ölkələrdən olan 250-dən çox iştirakçı data analitikası, süni intellekt və müştəri rəqəmsal təcrübəsinin gələcəyi mövzularını müzakirə etmişdir.

“Global Finance” jurnalı “Dünyanın ən yaxşı rəqəmsal bankları 2026” reytinqində ABB-ni Azərbaycan üzrə “Ən yaxşı fərdi rəqəmsal bank” və “Ən innovativ fərdi rəqəmsal bank” mükafatlarına layiq görüb.

ABB həmçinin “Global Finance”, “Euromoney” və “The Banker” jurnallarının “Ölkə üzrə ilin ən yaxşı bankı” mükafatlarına da layiq görülüb.

ABB süni intellekt texnologiyalarının tətbiqində milli çempionlardan biri olmağı hədəfləyir, müştəriləri ilə birgə gələcəyin bankçılığını qurur.

2026-2028-ci illər üzrə yeni inkişaf strategiyası çərçivəsində ABB “Süni intellekt və Generativ süni intellekt” Yol Xəritəsini qəbul edib. Bu Yol Xəritəsi əsasında Bank süni intellekt həllərini yalnız müştəriyə yönəlik xidmətlərdə deyil, eyni zamanda əməkdaşların gündəlik fəaliyyətində, arxa ofis əməliyyatlarında və risk idarəetməsində geniş şəkildə tətbiq edir.

ABB 86-dan çox istifadəçi ssenarisində 180-dən artıq süni intellekt modelindən istifadə edir və bu həllər 50 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb.

ABB məlumat mərkəzində Dell PowerEdge XE9780 platforması əsasında, səkkiz NVIDIA HGX B200 GPU ilə təchiz olunmuş yüksək məhsuldarlıqlı süni intellekt serverinin quraşdırılmasını tamamlayıb.

Bu infrastruktur böyük dil modelləri, süni intellekt agentləri, modellərin tətbiqi və təlimi, eləcə də digər yüksək hesablama gücü tələb edən tətbiqləri dəstəkləmək üçün nəzərdə tutulub. Eyni zamanda, həssas məlumatların ölkə daxilində saxlanılmasına imkan yaradır.

2026-cı ilin əvvəlində ABB AI-khan və AI-nur adlı süni intellekt köməkçilərini bütün müştərilərinə təqdim edib.

ABB-nin rəqəmsallaşma və innovasiya sahəsində qazandığı uğurlar etibarlı və miqyaslana bilən texnoloji həllər tələb edir. Məhz bu səbəbdən bank artan əməliyyat həcmi və mürəkkəbliyi fonunda effektiv idarəetməni dəstəkləyə bilməyən əvvəlki sistemi dəyişərək yeni platformaya keçmək qərarına gəldi. Beynəlxalq səviyyəli müasir və çevik Microsoft Dynamics 365 Business Central həlli ABB-yə satınalma, maliyyə və insan resurslarını vahid sistemdə birləşdirməyə imkan verdi. Bu keçid şirkət daxilində idarəetmənin effektivliyini artırdı, məlumatların dəqiqliyini yüksəltdi və proseslərin şəffaflığını təmin etdi.

ABB-də Microsoft Dynamics 365 Business Central tətbiqindən əvvəlki biznes proseslər və yeni ERP sisteminə keçməyə hansı amillər səbəb oldu

ABB-nin satınalma, maliyyə və insan resursları sahələrində rəqəmsal transformasiyasının vizual təsviri

Microsoft Dynamics 365 Business Central tətbiqinə qədər ABB maliyyə və əməliyyat proseslərini idarə etmək üçün digər sistemindən istifadə edirdi. Bu platforma əsas avtomatlaşdırmanı təmin etsə də, artıq bankın miqyaslanma, inteqrasiya və məlumat dəqiqliyi ilə bağlı yüksək tələblərinə cavab vermirdi. Əmək haqqının hesablanması prosesləri ləng gedirdi, İnsan Resursları (HR) ilə digər şöbələr arasında əməkdaşlıq əlavə resurslar tələb edirdi. Satınalma prosesləri isə müxtəlif sistemlərə səpələnmişdi, bu isə xərclərə nəzarət etməyi və resurs ehtiyaclarını operativ şəkildə planlaşdırmağı çətinləşdirirdi. Vahid mərkəzləşdirilmiş məlumat bazasının olmaması aktual informasiyaya operativ çıxışı məhdudlaşdırır, analitika və planlaşdırma imkanlarını zəiflədir, eləcə də hesabatların qeyri-dəqiqliyi ilə bağlı riskləri artırırdı.

Bütün bu amillər ABB-ni daxili biznes proseslərinin kompleks idarə olunması üçün müasir bir həll axtarmağa sövq edən əsas səbəblər oldu. Məqsəd aydın idi: maliyyə, insan resursları (HR) və satınalma proseslərini vahid çevik bir sistemdə birləşdirmək, əməliyyatların sürətini və dəqiqliyini artırmaq, bütün mərhələlərdə şəffaflıq və nəzarəti təmin etmək, eləcə də gələcək rəqəmsal inkişaf və miqyaslanma üçün dayanıqlı bir təməl yaratmaq. Məhz bu səbəbdən ABB mürəkkəb əməliyyatlarını və artan ehtiyaclarını dəstəkləyə bilən beynəlxalq səviyyəli platforma olan Microsoft Dynamics 365 Business Central həllini seçdi. Əvvəlki sistemlə müqayisədə Microsoft platforması bir sıra əhəmiyyətli üstünlüklər təqdim etdi:

Sistemin adı Əvvəlki sistem Microsoft Dynamics 365 Business Central 
Əmək haqqı proseslərinin avtomatlaşdırılması Qismən, əl ilə düzəlişlər tələb olunur Tam, sürətli və dəqiq hesablama 
HR və maliyyə inteqrasiyası Məhduddur, məlumatlar parçalanmış şəkildədir Vahid sistemdə tam inteqrasiya 
Satınalmaların idarə olunması Fraqmentləşmiş şəkildə Mərkəzləşdirilmiş, şəffaf və güclü analitik alətlərlə 
Məlumatlara çıxış Məhdud, aktual məlumatları əldə etmək çətindir İstənilən anda bütün məlumatlara sürətli çıxış imkanı 
Miqyaslılıq Bank böyüdükcə idarə edilməsi çətinləşir Çevik, böyük və geniş filial şəbəkəsinə uyğundur 
Analitika və hesabatlılıq Məhdud şəkildə funksionallıq Genişləndirilmiş, sazlanma və proqnozlaşdırma imkanları ilə 
Qərarların qəbulu Əl ilə idarə olunduğundan ləng həyata keçirilir Real vaxt rejimində aktual məlumatlara əsaslanaraq sürətli şəkildə həyata keçirilir 

Lakin ilk növbədə, ABB-nin Microsoft Dynamics 365 Business Central platformasını seçməsinin əsas səbəbi kimi SMART business şirkətinin bankın ehtiyaclarına tam uyğun ixtisaslaşmış hazır həllər təklif etməsi oldu. Bununla yanaşı, tərəfdaşın biznes proseslərinin qurulması və onların sistemə inteqrasiyası sahəsindəki dərin təcrübəsi də mühüm rol oynadı. Bu yanaşma sayəsində sistemin əlavə təkmilləşdirilməsinə ehtiyac minimuma endi, bu isə mövcud sistemin uyğunlaşdırılması ilə müqayisədə daha sürətli və effektiv tətbiq prosesini təmin etdi.

Əvvəlki həll yalnız tələblərimizin bir hissəsini qarşılayırdı və biz miqyaslanma baxımından məhdudiyyətləri hiss edirdik. Microsoft Dynamics 365 Business Central ilə vəziyyət dəyişdi: biz təkcə daxili əməliyyatları avtomatlaşdıran deyil, eyni zamanda bankın gələcək inkişafı və rəqəmsal transformasiyası üçün möhkəm təməl yaradan bir platforma əldə etdik.

Nihat Şenyuva
ABB-nin Baş informasiya inzibatçısı

Layihənin həyata keçirilməsi üçün bank ERP sistemlərinin tətbiqində uzunillik təcrübəyə və beynəlxalq ekspertizaya malik olan SMART business şirkətini seçdi. SMART business artıq Azərbaycanın maliyyə sektorunda bir sıra layihələr həyata keçirmiş və bank sahəsində uğurlu nəticələrdən ibarət sınaqdan keçmiş portfelə sahibdir. Məhz bu səbəbdən ABB təkcə beynəlxalq səviyyəli texnoloji həll deyil, eyni zamanda kompleks rəqəmsal transformasiya üçün etibarlı bir tərəfdaş əldə etmiş oldu.

Tətbiqetmə mərhələləri, nəticələr və ABB üçün əsas prioritetlər

Business Central vasitəsilə ABB-də satınalmaların avtomatlaşdırılmasının vizual təsviri

Microsoft Dynamics 365 Business Central həllini tətbiq etməzdən əvvəl ABB komandasının bir sıra gözləntiləri var idi. Bank üçün resursların idarə olunması sahəsində effektiv mühasibat uçotu sisteminin qurulması kritik əhəmiyyət daşıyırdı: bütün əməkdaşlarla bağlı məlumatların vahid sistemdə birləşdirilməsi, əmək haqqının avtomatik hesablanması və məzuniyyətlərin düzgün uçotu təmin edilməli idi. Bundan əlavə, təchizatçı ilə birgə bütün transformasiyanın əsasını təşkil edən bir neçə kritik ehtiyac müəyyənləşdirildi.

İlk növbədə məqsəd maliyyə və inzibati əməliyyatlarla bağlı xərclərin azaldılması, proseslərin şəffaflığının və təhlükəsizliyinin artırılması, həmçinin qərarların daha operativ şəkildə qəbul olunması idi. Ölkə üzrə yüzdən artıq filialı olan böyük bir bank üçün bu amillər əsas əhəmiyyət daşıyırdı: daxili proseslərdəki istənilən gecikmə bankın fəaliyyətinin səmərəliliyinə və müştərilərə göstərilən xidmətin keyfiyyətinə birbaşa təsir edirdi.

Xüsusi diqqət satınalma proseslərinin avtomatlaşdırılmasına yönəldildi, çünki bu sahə şirkətin ən həssas və resurs tələb edən istiqamətlərindən biri idi. Əvvəlki sistemdə müraciətlərin və təsdiq prosesinin idarə olunması çətin idi və çoxlu əl əməyinə ehtiyac duyurdu, bu isə təkrar əməliyyatlar, gecikmələr və vəsaitlərin səmərəsiz istifadəsi kimi risklər yaradırdı. Microsoft Dynamics 365 Business Central bu prosesi tamamilə yenidən qurmağa, onu şəffaf, idarəolunan və sürətli bir formaya salmağa imkan verdi.

Sistem aşağıdakıları təmin etdi:

  • Sorğuların rahat şəkildə yaradılması — istənilən departamentdən olan əməkdaşlar sadə və intuitiv formada alış sorğularını asanlıqla təqdim edə bilərlər.
  • Çoxmərhələli təsdiqləmə imkanı — icra müddətlərinin dəqiq müəyyən edilməsi və prosesdə yarana biləcək ləngimələrin idarə olunması üçün effektiv nəzarət mexanizmləri.
  • Menecerlər tərəfindən nəzarət — sistem sorğunun məqsədəuyğunluğunu dərhal yoxlamağa və əsassız xərclərin qarşısını almağa imkan verir.
  • Proseslərin çevikliyi — məsul şəxs işdə olmadıqda və ya məzuniyyətdə olduqda sorğunun işlənməsi dayanmır: sistem onu sazlamalarda qeyd olunan müvafiq əvəz edən şəxsə avtomatik yönləndirir. Bu isə gecikmələrin qarşısını alır və təsdiqləmə prosesinin fasiləsiz davam etməsini təmin edir, beləliklə proses daim irəliləyir.
  • Satınalma departamentində iş yükünün optimallaşdırılması — menecerlər sorğuları mütəxəssislər arasında onların mövcud iş yükünü nəzərə alaraq bölüşdürə bilirlər.
  • Xərclərin optimallaşdırılması — alış təsdiqlənməzdən əvvəl sistem bankın anbarlarında və ya digər filiallarda tələb olunan maddi vəsaitlərin mövcudluğunu yoxlamağa kömək edir. Bu isə artıq xərclərin qarşısını almağa və daxili resurslardan səmərəli şəkildə istifadə etməyə imkan verir.
  • Təchizatçılarla səmərəli iş — sistem təchizatçıların rahat seçilməsinə, müqavilələrin idarə olunmasına, xərclərə nəzarətə və bir neçə sorğunun vahid sifarişdə birləşdirilməsinə imkan verir.
  • Qiymətlərə nəzarət — qiymət dəyişkənliyi hallarında sistem icazə verilən kənarlaşmaların hədlərini təyin etməyə imkan verir. Məsələn, qiymətdə 1% dəyişiklik bütün sorğunun yenidən təsdiqlənməsini tələb etmir, bu da prosesi əhəmiyyətli dərəcədə sürətləndirir.
  • Prosesin başlanğıcdan sona qədər izlənməsi — sorğunun göndərilmə anından malın qəbuluna qədər əməkdaş öz müraciətinin statusunu izləyə bilir: icra müddətləri, məsul şəxslər və çatdırılmanın təsdiqi. Sistem hər mərhələdə icra müddətlərini qeydə alır və hər hansı bir sorğu gecikdikdə xəbərdarlıq edir.
  • Mühasibat uçotu və xəzinədarlıqla inteqrasiya — artıq bütün ödənişlər sifarişlərlə birbaşa əlaqələndirilir və ödəniş tapşırıqları avtomatik şəkildə yaradılır. Alış sorğusu təsdiqləndikdən sonra xəzinədarlıq dərhal ödəniş üçün bütün məlumatları sistem üzərindən əldə edir. Sənədlərin yenidən daxil edilməsinə ehtiyac qalmır. Bu isə səhvləri minimuma endirir, işi sürətləndirir və əlavə yoxlama səviyyələri maliyyə təhlükəsizliyini təmin edir.
  • Tənzimləyici tələblərə uyğunluq — sistem imzalanmış çap sənədlərinin skan nüsxələrini əlavə etməyə imkan verir ki, bu da Azərbaycan Respublikasının Mərkəzi Bankının tələb etdiyi zəruri normativlərdən biridir.

Büdcələşdirmə: satınalma proseslərinin avtomatlaşdırılmasından sonra növbəti addım

Tətbiq prosesi bir neçə mərhələdə həyata keçirildi. İlk mərhələdə diqqət satınalma və xəzinədarlıq modullarına yönəldildi ki, bu da bankın ən kritik ehtiyaclarının qısa zamanda qarşılanmasına imkan verdi.

Növbəti addım isə büdcələşdirmənin tətbiqi oldu. Bu, maliyyə intizamını daha da gücləndirdi: artıq hər bir sorğu əvvəlcədən razılaşdırılmış büdcə maddələri ilə əlaqələndirilir və sistem avtomatik olaraq vəsaiti rezerv edir, bu isə artıq xərclərin qarşısını alır.

Bu necə işləyir:

  • Büdcə sorğularının formalaşdırılması — planlaşdırma mərhələsində bank bütün əsas xərc maddələri üzrə illik büdcə sorğularını hazırlayır.
  • Büdcə maddələrinə uyğunluq — sistemə daxil olan hər bir alış sorğusu avtomatik olaraq yoxlanılır və həmin məqsəd üçün büdcədə vəsaitin nəzərdə tutulub-tutulmadığı müəyyən olunur. Əgər büdcə təsdiqlənməyibsə və ya limit aşılıbsa, sistem belə sorğunu qəbul etmir.
  • Vəsaitlərin rezerv olunması — sorğu təsdiqlənən kimi müvafiq məbləğ dərhal büdcədə rezerv olunur. Bu isə xərclərin planlaşdırılmış limitləri aşmasını tamamilə istisna edir.
  • Tam şəffaflıq — bank rəhbərliyi real vaxt rejimində hansı büdcələrin artıq istifadə olunduğunu, hansıların hələ açıq qaldığını və gələcək alışlar üçün hansı öhdəliklərin rezerv olunduğunu aydın şəkildə görə bilir.

Beləliklə, büdcələşdirmə modulu alış prosesini strateji planlaşdırmadan başlayaraq təchizatçı ilə yekun hesablaşmaya qədər tam nəzarət olunan bir dövrəyə çevirdi.

Əldə olunan əsas nəticə sorğunun formalaşdırılmasından tutmuş mal və ya xidmətin faktiki qəbuluna qədər tam inteqrasiya olunmuş bir prosesin qurulması oldu. Sorğunu daxil edən əməkdaş istənilən anda onun statusunu izləyə, məsul şəxsləri görə və icra olunması barədə bildirişlər ala bilir. Bu yanaşma iş proseslərinin şəffaflığını əhəmiyyətli dərəcədə artırdı, razılaşdırılmamış xərclərin yaranması risklərini minimuma endirdi və büdcə çərçivələrinə riayət olunmasına nəzarəti təmin etdi.

Fərid Şahmuradov
ABB-nin Satınalma departamentinin direktoru

Bundan əlavə, Microsoft Dynamics 365 Business Central həlli bankın daxili mühasibatlıq sistemi ilə ödənişlər üzrə inteqrasiya olunur. Bu isə məlumatların əl ilə təkrarlanmasını və tranzaksiyaların yenidən daxil edilməsini aradan qaldırdı — bütün maliyyə əməliyyatları artıq tam şəkildə sinxronlaşdırılıb və səhv riski minimuma endirilib.

Yeni sistemə keçid zamanı hansı çətinliklərlə qarşılaşıldı və onları aradan qaldırmaq mümkün oldumu?

Bir sistemdən digərinə keçid təkcə texnoloji deyil, həm də təşkilati çətinliklərlə müşayiət olunur. ABB-nin miqyaslı fəaliyyəti və müxtəlif departamentlərin prosesə cəlb olunması təchizatçı komandası ilə dəqiq qarşılıqlı əlaqə və uyğunlaşdırılmış fəaliyyət tələb edirdi.

İlkin mərhələdə ən böyük çağırışlar ondan ibarət idi ki, bir müddət ərzində işlər paralel şəkildə iki sistemdə aparılırdı. Bu isə əməkdaşlar üçün əlavə iş yükü yaradırdı: həm əvvəlki sistemdə gündəlik əməliyyatları davam etdirmək, həm də yeni platformanın tələblərinə uyğunlaşmaq lazım gəlirdi. Hər bir biznes prosesi Microsoft Dynamics 365 Business Central-ın imkanları ilə müqayisə olunur, optimal ssenarilər müəyyənləşdirilir və bankın ehtiyaclarına uyğunlaşdırılırdı. Bu isə həm müştəri, həm də inteqrator tərəfindən yüksək diqqət və dərin koordinasiya tələb edirdi. Lakin bu keçid mərhələsi müasir rəqəmsal ekosistemin qurulması üçün qaçılmaz idi.

Digər bir çağırış isə mühasibatlıq və satınalmalardan tutmuş inzibati və insan resurslarına qədər müxtəlif departamentlər arasında işi koordinasiya etmək zərurəti idi. Tətbiqetmə mərhələsində hər bir departamentin öz prioritetləri və gözləntiləri var idi ki, bu da ortaq nəticə əldə etməyi potensial olaraq çətinləşdirə bilərdi.

arışıqlığın qarşısını almaq üçün ABB rəhbərliyi xüsusi bir “işçi qrupu” yaratdı. Bu qrupa əsas departamentlərin nümayəndələri daxil idi və onlar hər həftə tapşırıqları, cari nəticələri və növbəti addımları müzakirə etmək üçün toplanırdılar. Belə açıq format vahid baxışın formalaşmasına və proseslərin tədricən sinxronlaşdırılmasına şərait yaratdı. Dəqiq planlaşdırma, SMART business şirkətinin davamlı dəstəyi və şəffaf ikitərəfli kommunikasiya sayəsində layihə əsas məqsədə nail oldu — keçid heç bir fasilə və əməkdaşlar tərəfindən etiraz olmadan uğurla başa çatdı.

Bugün artıq əminliklə deyə bilərik ki, miqrasiya prosesində komandanın üzləşdiyi müvəqqəti çətinliklər keyfiyyətli dəyişikliklərə aparan bir mərhələ idi. Bu təcrübə sübut etdi ki, hətta ən genişmiqyaslı transformasiyanı belə həyata keçirmək mümkündür — əsas odur ki, ortaq baxış, dəqiq müəyyən edilmiş məqsədlər və peşəkar ekspertiza birləşsin.

Nihat Şenyuva
ABB-nin Baş informasiya inzibatçısı

Çağırışların öhdəsindən gəldikdən və adaptasiya prosesini uğurla tamamladıqdan sonra ABB bir neçə əsas istiqamətdə əhəmiyyətli dəyişikliklər əldə etdi:

  • Satınalma və inzibati proseslər — sistem müraciətin təqdim edilməsindən anbar əməliyyatlarının təşkili mərhələsinədək bütün qarşılıqlı əlaqə zəncirini tamamilə yenidən qurmağa imkan verdi. Artıq bank bütün mərhələlər üzərində — malların və xidmətlərin sifarişindən tutmuş onların uçotu və analitikasınadək — mərkəzləşdirilmiş nəzarətə malikdir. Bu, proseslərin şəffaflığını artırdı, sorğuların təkrarlanması riskini azaltdı və daxili razılaşdırmaları sürətləndirdi.
  • HR və əmək haqqının hesablanması — hesablamaların avtomatlaşdırılması sayəsində məlumatların əl ilə daxil edilməsi ilə bağlı səhvlər aradan qaldırıldı, məzuniyyətlərin uçotu isə daha sadə və aydın oldu. Bütün əməkdaşlara dair məlumatlar vahid bazada toplanıb ki, bu da aktual məlumatlara sürətli çıxışı təmin edir və İnsan resursları departamentinin işini xeyli asanlaşdırır.
  • Məlumatlara çıxış və hesabatlılıq — əvvəllər lazım olan məlumatı əldə etmək üçün müxtəlif mənbələrdən məlumatların toplanması və uyğunlaşdırılmasına çox vaxt sərf olunurdusa, indi Microsoft Dynamics 365 Business Central sistemi bank rəhbərliyinə istənilən anda aktual məlumatı təqdim edir. Bu isə təkcə cari tələblərə operativ reaksiya verməyə deyil, həm də tam və aktual məlumatlara əsaslanaraq uzunmüddətli strategiyalar formalaşdırmağa imkan yaradır.

Beləliklə, Microsoft Dynamics 365 Business Central sistemi daxili proseslərin şəffaf idarə olunması üçün vahid rəqəmsal alətə çevrildi. Bu, gündəlik əməliyyatların optimallaşdırılmasına və bankın gələcək inkişafı üçün möhkəm əsasın yaradılmasına şərait yaratdı. 

Bu layihə bizim üçün bir daha sübut etdi ki, hətta iri təşkilati strukturlarda da müxtəlif prosesləri və departamentləri birləşdirən vahid bir sistemi qurmaq mümkündür. Əsas çağırış funksionallığın tətbiqində deyil, bütün bank komandasının fəaliyyətində şəffaflığı və sinxronluğu təmin etməkdə idi. Bugün ABB daxili əməliyyatlarının idarəolunan və biznesin real tələblərinə vaxtında cavab verən şəkildə işləməsini təmin edən bir alətə malikdir.

Natalya Onişuk
Natalya Onişuk
CEO, SMART business

İstəyirsiniz ki, sizin proseslər də avtomatlaşdırılmış, şəffaf və idarəolunan olsun? SMART business komandası müasir həllərin tətbiqində sizin tərəfdaşınız olmağa hazırdır! Şirkət yalnız proqram təminatını tətbiq etmir, eyni zamanda müxtəlif sahələrdə qazandığı təcrübəni də bölüşür. Məhz bu ekspertiza müştərilərə əlavə üstünlük təmin edir və hər layihədən maksimum fayda əldə etməyə imkan verir. Sistemin demo versiyasını bugün sifariş edin və öz uğur hekayənizi qurmağa başlayın!

Demo sifariş etmək

SMART business həlləri və xidmətləri haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz

Sorğu göndərin
mail
Cookies

We use cookies to improve your web experience, display personalized content and analyze traffic. By clicking «Accept All», you agree to their use. To manage your settings, click Settings. Learn more about the use of cookies in the privacy policy.

Functional
Always active
The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
Marketing
The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
Statistics
The technical storage or access that is used exclusively for statistical purposes
Analytics
Analytical purposes are used to measure traffic and optimize content.