SMART Localization
Release Note 2026.01

Ukrayna, Azərbaycan, Polşa və Gürcüstanın qərarları hər 3 aydan bir yenilənir. Qanunvericilikdəki dəyişikliklər təcili olarsa, SMART business plandan kənar yeniləmələr təqdim edir.

Bütün yeniləmələr sizin tərəfinizdən və ya SMART business şirkətinin köməyi ilə konfiqurasiya edilə bilər.

  1. Dövlət Vergi Xidmətinin elektron qaimə sistemi ilə inteqrasiya məqsədilə sistemin mallar siyahısı ilə elektron vergi sistemində EQM mal kodları siyahısının sinxranizasiyası üçün yeni soraqça yaradılmışdır.
  2. Sistemdəki mallar siyahısı ilə Vergi EQM mal kodlarının üzləşdirilməsi üçün yeni soraqça yaradılmışdır.
  3. Alış fakturasında sətirlərin alt tərəfində yerləşən xanaların hesablama məntiqlərinə düzəliş edilmişdir.
  4. Bank Ödəniş Jurnalında “Sənəd nömrəsinə uyğunlaşdır”, “Sənəd İD-nə uyğunlaşdır”, SMA Suggest Vendor Payments funksiyaları vasitəsilə sətirlər yaradarkən Məbləğ xanasının avtomatik doldurulması yerli ƏDV ödənişi funksionalı üçün çətinlik yaradır. Bu səbəbdən qeyd edilən funksiyaların istifadəsi zamanı Məbləğ xanası göstəricisinin düzgünlüyünü yoxlamaq üçün bildiriş əlavə edilmişdir. Həmçinin bu xananın yenidən hesablanması üçün yeni “Məbləği yenidən hesabla” düyməsi əlavə edilmişdir.

    Dövlət Vergi Xidmətinin elektron qaimə sistemi ilə inteqrasiya məqsədilə sistemin mallar siyahısı ilə elektron vergi sistemində EQM mal kodları siyahısının sinxranizasiyası və üzləşdirilməsi üçün yeni soraqça yaradılmışdır. Həmçinin ƏDV funksionalı üzrə bir sıra optimallaşma işləri yerinə yetirilmişdir.

  1. 2026-cı ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən qeyri-dövlət və özəl sektorda əmək haqqıdan tutulan gəlir vergisinin hesablanmasına düzəliş edilmişdir,bu dəyişiklərə uyğun olaraq sistemdə müvafiq sazlamalar aparılmışdır.
  2. İşçi jurnalı və Məzuniyyət jurnalı üçün başlanğıc tarixi yoxlama məntiqi yenilənmişdir:
    İşçi jurnalı üçün:“Əmək haqqı sazlama sətirlərini təklif etmək” tapşırığı vasitəsilə sətirlər yaradılarkən, yaradılan qeydlərin başlanğıc tarixinin müəyyənləşdirilməsi mexanizmi təkmilləşdirilmişdir. Əgər işçi hesabat parametrlərində göstərilən başlanğıc tarixindən sonra işə qəbul olunubsa, sistem indi başlanğıc tarixini avtomatik olaraq işçinin işə qəbul tarixi ilə eyniləşdirir.
    Məzuniyyət jurnalı üçün: Təqvim ili əsasında hesablanan məzuniyyət növləri üçün yoxlama məntiqi yenilənmişdir. İndi, əgər başlanğıc tarixinin ili işçinin işə qəbul ilinə uyğundursa, balansın tam təqvimili üçün daxil edilməsinə (işə qəbul tarixi ilə məhdudlaşmadan) icazə verilir.
  3. “Tabel P-5” hesabatının formalaşdırılması optimallaşdırılmışdır.
    Vəzifə və departamentin doldurulma məntiqi yenilənmişdir.
    “Departamentlər üzrə bölmək” seçiminin aktiv və ya deaktiv olmasından asılı olaraq məlumatlar müvafiq tarixə və ya dövrün son gününə əsasən götürülür. Əvvəllər məlumat mənbəyi əməkdaş kartı idi.
  4. “Fiziki şəxs” və “İşçi” kartları üçün atribut funksionallığı yaradılıb. Bu, şirkətin biznes proseslərində istifadə olunan əlavə xüsusiyyətləri modifikasiya vasitəsilə əlavə sahələr yaratmağa ehtiyac olmadan saxlamağa və idarə etməyə imkan verir.
  5. “İşçi uçot qrupu” adlı yeni sahə “İşçi bank hesabı matrisi” cədvəlinə və səhifəsinə, eləcə də “İşçi bank hesabı” cədvəlinə və səhifəsinə əlavə edilmişdir.
    “İşçilərin əmək haqqı ödənişini təklif et” (Payroll Sheet) hesabat səhifəsinə də “İşçi uçot qrupu” sahəsi üzrə yeni filtr əlavə olunmuşdur.
    Bu dəyişikliklər əməkdaşın uçot qrupu üzrə filtrasiya edərək ödənişlərin formalaşdırılmasına imkan yaradır. Bu, xüsusilə əmək haqqı uçot qruplarında əlavə işçi uçot qrupu təyin edildikdə məbləğlərin ayrı ödəniş cədvəlləri üzrə və işçinin ayrı-ayrı bank hesablarına ödənilməsi lazım olduqda faydalıdır.
  6. İşçilər üçün ödənişlər yaradılarkən vergi məbləğlərinin ətraflı şəkildə göstərilməsi imkanı tətbiq edilmişdir. Yekun vergi ödənişi formalaşdırılarkən, aralıq dövrdə konkret işçi üzrə həyata keçirilmiş ətraflı vergi ödənişləri nəzərə alınır.

 

mail