SMART Localization
Release Note 2025.10

Ukrayna, Azərbaycan, Polşa və Gürcüstanın qərarları hər 3 aydan bir yenilənir. Qanunvericilikdəki dəyişikliklər təcili olarsa, SMART business plandan kənar yeniləmələr təqdim edir.

Bütün yeniləmələr sizin tərəfinizdən və ya SMART business şirkətinin köməyi ilə konfiqurasiya edilə bilər.

  1. SMART Accounting AZ lokalizasiya həllində “AZ Vergi Bəyannamələri” adı altında yeni sistem obyektləri (cədvəllər, səhifələr və hesabatlar) yaradılmışdır.
  2. ƏDV Bəyannaməsi hesabatları səhifəsi yaradılmışdır. Yaradılan hesabatlar haqqında məlumatlar və formalaşmış Excel fayl SMA AZ ƏDV Bəyannaməsi siyahı səhifəsində saxlanılır və saxlanılan hesabatları yenidən Excel-ə eksport etmək imkanı əlavə edilmişdir.
  3. Yeni hesabat ƏDV Bəyannaməsi Əlavə 7 – “Qeyri-rezidentlər üçün ƏDV” yaradılmışdır. Hesabat Excel faylda çap olunur və birbaşa Hökumətin Vergi Portalına import edilə bilər.
  4. ƏDV bəyannaməsinin əsas səhifəsində yerləşən hissələr və Əlavə 3, Əlavə 4 və Əlavə 5 Maliyyə Hesabatları və Rəsmi Hesabatlar səhifələrində sazlanmışdır. Maliyyə Hesabatları və Rəsmi hesabatlar səhifələrinə keçid üçün AZ ƏDV Bəyannaməsi səhifəsinə yeni düymələr əlavə edilmişdir.
  5. Yeni hesabat – Mənfəət Vergisi Bəyannaməsi Əlavə 7 üzrə “Xarici gəlirlər” hesabatı işlənib hazırlanmışdır. Hesabat excel faylında çap olunur və birbaşa Dövlət Vergi Xidməti Portalına idxal edilə bilər.
  6. Yeni hesabat Mənfəət Vergisi Bəyannaməsi Əlavə 3 – “Mənfəət Vergisi Bəyannaməsi üçün ümidsiz borclar” hesabatı işlənib hazırlanmışdır. Hesabat Excel fayl şəklində çap olunur və birbaşa Dövlət Vergi Xidməti Portalına import edilə bilər.
  7. Mənfəət Vergisi Bəyannaməsi siyahı səhifəsi yaradımışdır. Səhifə hesabatların işə salınması və yaradılan hesabatlar haqqında məlumatların saxlanması və formalaşmış Excel faylı yenidən eksport etmək imkanlarına malikdir.
  8. Mənfəət Bəyannaməsinin digər əlavələri ayrı-ayrı hesabatlar şəklində Maliyyə Hesabatları və Rəsmi Hesabatlar səhifələrində sazlanmışdır. Maliyyə Hesabatları və Rəsmi hesabatlar səhifələrinə birbaşa keçid üçün AZ Mənfəət Vergisi Bəyannaməsi səhifəsinə yeni düymələr əlavə edilmişdir.
  9. Yeni hesabatların işə salınma parametrlərinin konfiqurasiyası üçün AZ Vergi Bəyannamələri Sazlama səhifəsi işlənib hazırlanmışdır.

Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələrin və onların əlavələrinin formaları, eləcə də tərtib edilməsi qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib. Qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq ƏDV bəyannaməsi və Mənfəət Vergisi Bəyannaməsinin əlavələri və hissələri hesabatlar şəklində SMART Accounting AZ həllində yaradılmış və sazlanmışdır.

  1. İerarxik qaydada təşkil olunmuş ‘Funksional komandalar’ yaratmaq imkanı reallaşdırılıb. Komandaya əməkdaşlar əlavə olunur və onlara ‘Funksional rollar’ məlumat kitabçasından rollar təyin edilir. Bu, Ştat cədvəlində istifadə olunan struktur bölmələrdən fərqli olan funksional şirkət strukturunun yaradılmasına və istifadəsinə imkan verir.
  2. AR Əmək Məcəlləsinin 242-ci maddəsinə əsasən hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasına, habelə ezamiyyətlərinin məhdudlaşdırılmasına nəzarət mexanizminin sazlamasına imkan yaradan “Labor Check” funksionallığı yaradılmışdır. Bu funksionallıq vasitəsilə siz müvafiq əmrin təsdiqi zamanı bildirişin əks olunmasını və ya əmrin uçotunu qadağan edən ciddi nəzarəti təyin edə bilərsiniz.
  3. 290 nömrəli yeni əməkhaqqı funksiyası yaradılıb, bu funksiya əmək haqqı sənədi yaradılarkən istifadəçiyə ayrıca sahədə müəyyən bir məlumat mətninin göstərilməsinə imkan verir. Bunun üçün əmək haqqı elementi hesablamalarının sətirlərində bu funksiyanın çağırılması şərti (standart məntiqi operatorlar vasitəsilə) və istifadəçiyə əmək haqqı sənədi yaradılarkən göstəriləcək məlumat mətni qeyd olunmalıdır.
  4. İR və işdə olmama əmrlərində əvəzetmə şərtləri sətirlərinin uçot məntiqi dəyişdirilmişdir. İndi əmək haqqı elementi kitabı əməliyyatlarında əvəzetmə şərtləri üzrə sətr əmrin dövr koduna uyğun yaradılır, əvvəl isə əvəzetmənin başlama tarixinə uyğun dövr kodu ilə yaradılırdı.

 

mail