SMART Localization Release Note 2023.10

Ukrayna, Azərbaycan və Gürcüstan üzrə həllər 3 ayda bir dəfə yenilənir. Qanunvericilikdə edilmiş dəyişikliklər təcili xarakter daşıyırsa, SMART business növbədənkənar təcili buraxılışlar dərc edir.

Bütün təkmilləşmələri siz özünüz və ya SMART business köməyi ilə yükləyə bilərsiniz.

  1. AR Vergi Məcəlləsinə uyğun olaraq əsas vəsaitlərin təmiri xərcləri üzrə limitlərə, həmçinin, limitdən yüksək olan əsaslı təmir xərclərinin kapitallaşdırılmasına nəzarət əlavə edilmişdir. Bu əlavə yalnız Vergi uçotu amortizasiya kitabına tətbiq edilə bilər.
  2. İstifadəçi bütün əsas vəsaitlər üzrə eyni zamanda və ya ayrılıqda hər gün limitləri hesablaya bilər. Limit məbləği Əsas vəsaitlərin təmiri kitabında və Əsas vəsait kartında əks olunur.
  3. Əsas vəsait kartında Cari ilin təmir xərcləri xanası əlavə edilmişdir. Bu xana hər bir əsas vəsait üzrə il ərzində baş verən təmir xərclərinin məbləğinə nəzarət etməyə imkan verir.
  4. Maliyyə dövrünün sonunda təmir xərclərinin məbləği limiti keçərsə, istifadəçi limit məbləğindən artıq olan xərc məbləğini kapitallaşdıra bilər.

  1. Vahid Bəyannamə, Əlavə №1 – Hissə 1. İşçilər (sığortaolunanlar) üzrə ümumi məlumat_Muzdlu işə aid olan fəaliyyətlər üzrə hesabatın sazlanması üzrə təkmilləşdirmə edilmişdir. Bu sazlama Vahid bəyannamənin doldurulması qaydalarına uyğun olaraq MDSS (22%)-ə aid olmayan məbləğlərin əks edilməsi üçün hesablama və tutulma elementlərinin mütləq dəyərlərinin cəminin eyni bir xanada əks etdirilməsini mümkün edir.
  2. Əmək haqqının hesablanması qanunvericiliyinin tələblərinə uyğun olaraq müəssisə üzrə kütləvi əmək haqqı artımı zamanı məzuniyyət üçün orta aylıq əmək haqqının hesablamalarında keçmiş dövrlərin gəlirlərinin əmək haqqı artım faizi əsasında indeksləşdirilməsi üçün təkmilləşdirmə edilmişdir. Bütün gəlir elementləri indeksləşmədə iştirak etməməlidir. Bunun üçün Əmək haqqı elementlərinin daxil edilməsi səhifəsində “Artım faizini istifadə et” xanası əlavə edilmişdir.
  3. Tabelin təfərrüatlarında vaxt aktivliyi kodlarının əlavə edilməsi və ilkin kodun geri qaytarılması üzrə qaydalar dəyişdirilmişdir. Vaxt aktivliyi kodlarının sazlanması üzrə Yerdəyişmə, Kombinasiya və İstehlak kimi seçim imkanları olan “Aktivlik davranışı” xanası əlavə edilmişdir.
  4. Əmək münasibətlərinin tənzimlənməsi qaydalarına uyğun olaraq əlavə məzuniyyət günlərinin hesablanması üzrə yeni imkanlar əlavə edilmişdir. İşçi kartında “Əlavə məzuniyyət günlərini deaktiv et” xanası əlavə edilmişdir. “Əlavə məzuniyyət günləri əlavə et” hesabatı yalnız “Əlavə məzuniyyət günlərini deaktiv et” xanası “Xeyr” olaraq qeyd edilibsə əlavə məzuniyyət günlərini hesablayacaq.
  5. Hesablama funksiyaları, əmək haqqı sənədlərinin uçotu və Əmək haqqı cədvəli hesabatında optimallaşmalar edilmişdir.

Ukrayna və Gürcüstan üçün 2023.10 buraxılış qeydləri də artıq hazırdır.

Buraxılış qeydlərinin bütöv versiyalarını PDF formatında yükləmək üçün müvafiq keçidləri istifadə edin (Ukrayna üçün Ukrayna dilində, Gürcüstan üçün Gürcü dilində, Azərbaycan üçün Azərbaycan dilində).

mail
SMART Localization
Cookies

We use cookies to improve your web experience, display personalized content and analyze traffic. By clicking «Accept All», you agree to their use. To manage your settings, click Settings. Learn more about the use of cookies in the privacy policy.

Functional
Always active
The technical storage or access is strictly necessary for the legitimate purpose of enabling the use of a specific service explicitly requested by the subscriber or user, or for the sole purpose of carrying out the transmission of a communication over an electronic communications network.
Marketing
The technical storage or access is required to create user profiles to send advertising, or to track the user on a website or across several websites for similar marketing purposes.
Statistics
The technical storage or access that is used exclusively for statistical purposes
Analytics
Analytical purposes are used to measure traffic and optimize content.