Azərbaycan Respublikasında müəssisənin fəaliyyəti və idarə edilməsi ilə bağlı ümumi tapşırıqları avtomatlaşdırmaq üçün Business Central-ın əsas funksionallığını genişləndirən və yerli tənzimləmə tələblərinə tam uyğunlaşdırılmış SaaS məhsulu olan SMART Localization for Azerbaijan həllini təqdim edirik.
Microsoft Dynamics 365 Business Central əsasında Azərbaycan üçün Azərbaycanın vergi qanunvericiliyinə, habelə yerli mühasibat standartları və metodologiyalarına uyğun olan SMART Localization for Azerbaijan həlli hazırlanmışdır. Həll Azərbaycanda mühasibat uçotu üçün tələb olunan bir çox mühim funksiyaları ehtiva edir.
Həll necə işləyir?
Həll yüksək dərəcədə avtomatlaşdırılmış, asan idarə olunan, şəffaf mühasibat uçotu, hesabatlılıq və mühasibat uçot proseslərini qururmağa imkan verir. Bu həll, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən dövlət və kommersiya müəssisələri, həm ƏDV ödəyiciləri, həm də ƏDV-dən azad edilmiş şirkətlər, habelə istehsal və maliyyə sektoru müəssisələri (məsələn, banklar və sığorta şirkətləri) daxil olmaqla geniş spektrli qurumlar üçün faydalıdır.
SMART Localization for Azerbaijan həllinin faydaları:
- Müxtəlif funksionallıq və çeviklik
- Biznes proseslərin avtomatlaşdırılması
- Əməliyyatlar üzərində nəzarət və istifadəçi səhvlərinin minimallaşdırılması
- Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət edilməsi
- Yerli müxtəlif sənaye sektorlarının tələblərinə uyğunluq
- Çevik əməliyyat hesabatlarının əldə edilməsi
- Əvvəlcədən asan istifadə üçün təyin edilmiş konfiqurasiya
- Müştəri rəylərinə əsaslanan daimi təkmilləşdirmələr
Həllin əsas imkanlar:
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş rəsmi Hesablar Planının sistemdə yerləşdirilməsi və mühasibat uçotunun aparılması üçün maliyyə uçotu sazlamalarının mümkünlüyü
- Maliyyə, Satış, Satınalma, Mal-materialların uçotu, İstehsal modullarının Azərbaycanda mühasibat uçotu tələblərinə uyğunlaşdırılması
- Təchizatçı və müştərilər arasında müqavilə münasibətlərinin əsas tələbləri əsasında müqavilələrin idarə edilməsi
- Azərbaycan Respublikası Mərkəzi Bankının veb səhifəsindən valyuta məzənnələrini avtomatik yükləmək imkanı
- Azərbaycanda tələb olunan çap formalarını, o cümlədən icbari hesabatların (bəyannamələrin) çıxarışlarının əldə edilməsi
- Azərbaycanda vergi idarəçiliyi və vergi hesabatları, Mənfəət vergisi, ƏDV, Ödəmə mənbəyindən vergi, Əmlak vergisi, Sosial tutulmalar
- İcbari hesabatlılıq
- Internet bankinq, banklarla inteqrasiyalar
- Ezamiyyələrin yerli tələblər əsasında idarəedilməsi
- Lokallaşdırılmış interfeys
Həll daha əvvəl buraxılmış, Azərbaycan Respublikasının əmək və vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq aparılan kadrlar uçotu və əmək haqqı proseslərini əhatə edən SMART Payroll app ilə tam şəkildə uyğunlaşdırılmışdır,.
Əsas rol mərkəzinin desktop skrini

Yerli təchizatçı üzrə ƏDV daxil alış fakturaları

Vahid Bəyannamə hesabatlarının çıxarışlarının əldə edilməsi üçün sistem pəncərəsinin skrini

Çap forması nümunəsi:

SSMART Localization for Azerbaijan müəssisənin qurulması və idarəedilməsi ilə əlaqədar tapşırıqların Azərbaycan Respublikasının Mühasibat Uçotu qanunvericiliyinin tələblətinə uyğun olaraq avtomatlaşdırılmasına imkan verir.
SMART Localization for Azerbaijan həlli ilə artıq növbəti keçid vasitəsilə tanış ola bilərsiniz: AppSource: Find the right app | Microsoft AppSource
SMART Localization for Azerbaijan həlli ilə bağlı sualınız var? Əlaqə: sales@smart-it.com


